"Onu "Neftçi"yə məğlub olduğu zaman qovmadılarsa..."

Tula "Arsenal"ının baş məşqçisi İqor Çerevçenkonun istefası gündəmə gəlib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb komandanın Rusiya Premyer Liqasında ardıcıl məğlubiyyətləri olub.

Son dörd matçın 3-də "Rubin", MOİK və "Zenit"ə yenilən komanda turnir cədvəlində də 7-ci pilləyə yuvarlanıb. Rusiya futbol ictimaiyyəti Çerevçenkonun istefaya göndərilə biləcəyini müzakirə edib.

"Sovetski Sport" qəzeti isə bunun baş verməyəcəyini proqnozlaşdırıb. Həmkarlarımız bunu "Arsenal"ın Avropa Liqasında "Neftçi"yə məğlub olduğu zaman Çerevçenkonun postunda saxlanılması ilə əlaqələndirib: "Arsenal" Avropa Liqasında debütü zamanı "Neftçi"yə hər iki oyunda uduzanda Çerevçenko istefaya göndərilmədisə, indi bunu etməyə heç bir əsas yoxdu".

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" "Arsenal"a Tulada 1:0, Bakıda isə 3:0 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right