I divizionda saxtakarlıq aşkarlanıb

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun II və III turundakı oyunlarda qeydə alınmış neqativ hallara hüquqi qiymət verilib. Newsport.az saytının məlumatına görə, yenə qeyri-peşəkar davranışlar komandalara baha başa gəlib.

II  turun “Ağsu” – “Səbail-2” görüşündə birincilərin futbolçusu Ceyhun Rəcəbli hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 320 manat ziyana salıb.

III  turun “Səbail-2” – “Sabah-2” matçında “Səbail” oyunun protokolunu vaxtında tərtib etmədiyindən, 80 manat cərimələnib. “Sabah”ın nümayəndəsinin isə oyun öncəsi iclasa 10 dəqiqə gecikməsi onlara 80 manata başa gəlib.

“Zirə-2” “Qarabağ-2” ilə görüşdə əvəzetmə zamanı protokolda adı olmayan futbolçunu (Nizami Səmədov) meydana buraxıb. Bu üzdən klub 400 manat cərimə olunub, hesab isə olduğu kimi – 1:7 saxlanılıb.

 “Qaradağ Lökbatan” “Ağsu” ilə oyunun video yazısını təqdim etmədiyinə görə 80 manat cərimələnib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right