"Bakı səfərinə hazırıq" - Fernando

"Ağır oyun keçirdik. Vacib 3 xal qazandığımız üçün xoşbəxtəm".

Newsport.az saytının məlumatına görə, bunu "Sevilya"nın yarımmüdafiəçisi Fernando deyib.

La Liqanın IV turunda "Alaves"in qonağı olan əndəlüs təmsilçisi 1:0 hesablı qələbə qazanaraq, liderliyə yüksəlib. Oyun barədə fikirlərini bildirən Fernando yeganə qolun müəllifi olan həmyerlisi Joan Cordanı tərifləyib.

Braziliyalı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçiriləcək səfər matçı barədə də fikirlərini bölüşüb: "Joan Cordan əla qol vurdu. Ümid edirəm ki, o, qollarının sayını daha da artıracaq. Mövsümə yaxşı başlanğıc etmişik. Növbəti oyunlarda da qalib gəlmək üçün yolumuza bu şəkildə davam etməliyik. İndi bizi Avropa Liqası macərası gözləyir. Düşünürəm ki, hamımız Bakı səfərinə hazırıq. "Qarabağ" üzərində də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Sevilya" matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah