Millimizdə daha bir dəyişiklik

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində növbəti dəyişiklik edilib. Newsport.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmanın heyətindən daha bir oyunçu çıxarılıb.

Belə ki, “Sabah”dan dəvət edilən Vüsal Qəmbərov zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb. Əvəzində “Sumqayıt”dan Tural Haqverdiyev toplanışa dəvət olunub.

Qeyd edək ki, U-17 sentyabrın 22-dək təlim-məşq toplanışını davam etdirəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah