APOEL-in oyunçusu: "Qrup mərhələsini adlaya biləcəyimizi düşünürəm"

Kipr çempionatının üçüncü turunda AEL-i 3:0 hesabı ilə məğlub edən APOEL-in yarımmüdafiəçisi Antonio Yakoliş açıqlama verib.

Newsport.az xəbər verir ki, 27 yaşlı xorvatiyalı futbolçu Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib:

"Mövsümün ilk matçında qalib gəlmək önəmli idi. Avropa Liqası öncəsi bizə inam verən qələbədən məmnunuq. Fikrimcə, Avropa Liqasındakı püşkdən razı olmalıyıq.

Qrup mərhələsini adlaya biləcəyimizi düşünürəm. Gözləntilərimiz yüksəkdir. Bu, hamımızın nə edə biləcəyini göstərmək üçün bir fürsətdir".

APOEL (Kipr), "Qarabağ" (Azərbaycan), "Sevilya" (İspaniya) və "Düdelanj" (Lüksemubrq) Avropa Liqasının A qrupunda qərarlaşıb. APOEL sentyabrın 19-da keçiriləcək ilk turda "Düdelanj"la, "Qarabağ" isə "Sevilya" ilə görüşəcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah