Əfran İsmayılov: "Hazır deyiləm"

"Keşlə"nin futbolçusu Əfran İsmayılov Azərbaycan Premyer Liqasının IV turunda "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "FutbolPress"ə açıqlama verib.

Newsport.az-ın məlumatına görə, o, adi səhvlərdən qul buraxdıqlarını deyib:

"Meydana qələbə üçün çıxmışdıq. Ardıcıl qələbələrdən sonra bu dəfə də 3 xal qazanmaq istəyirdik. Ancaq futbol belədi, nəyin necə olacağını bilmək olmur. Əlimizdən gələni etdik, alınmadı. İlk hissədə adi səhvlərdən qollar buraxdıq. İkinci yarıda toparlanmağa çalışdıq və yaxşı vaxtda qol vurduq. Sonradan çox vuruşsaq da, rəqib müdafiəsini yara bilmədik. Nəticədə məğlub olduq".

Əfran artıq bu oyunu unutmalı olduqlarını düşünür: "Səbail"də maliyyə sıxıntısı olduğunu bilirik. Amma hamısı peşəkar futbolçulardı. Nə qədər çətinlik olsa da, hamı qələbə qazanmaq istəyir. İstəklərinə nail oldular. Onları təbrik edirəm. Artıq bu matçı unutmaq lazımdı. Qarşıda bizi "Neftçi"ilə bundan da ağır oyun gözləyir. Həmin görüşə hazırlaşmaq lazımdı. O oyunla çox şeyi unutdura bilərik".

Futbolçu hazırkı durumuna da toxunub: "Tam hazır deyiləm. Getdikcə forma yığmağa çalışıram. İnanıram ki, 1-2 tura hər şey qaydasına düşəcək".

 

 

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah