"Obradoviçlə bəzi söhbətlər oldu, amma ailə sirlərini kənara çıxara bilmərəm"

Azərbaycan Premyer Liqasnın IV turunda "Keşlə"ni 2:1 hesabı ilə məğlub edən "Səbail"in müdafiəçisi Turan Manafaov oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 20 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:

- Oyuna çox yaxşı başladıq. Baş məşqçinin tapşırıqlarını yaxşı yerinə yetirdik. Bunun da nəticəsində 3 xalı biz qazandıq. "Keşlə" zəif komanda deyil. Biz bu gün çox istəkli idik.

- İkinci hissədə müdafiədə oturdunuz. Müdafiə futbolunu yaxşı bacarırsınız?
- Yaxşı alındığı üçün qalib gəldik. Alınmasaydı, qələbəni əldən verərdik. "Keşlə" uduzduğu üçün fasilədən sonra hücum futbolu oynadı. Öndə olduğumuz üçün müdafiəyə çəkildik. Yaxşı oynadıq. Müdafiədə etibarlı oynadıq. Bir qol buraxdıq, o da səhvimizdən. Müdafiədən top rəqib forvard Lorenso Frutosun ayağına düşdü, o da fürsəti qaçırmadı. Komandamız qalib gəldi və buna görə futbolçu yoldaşlarımı təbrik edirəm.

- U-21 millisi barədə danışaq. Slovakiyanı məğlub etsəniz də Gürcüstana uduzdunuz. Həmin oyunları necə şərh edərsən?
- Slovakiya ilə oyunda yaxşı çıxış etdik. İkinci görüşdə isə səhvlərimiz çox oldu. Onlar bizdən daha istəkli oldu. İkinci hissədə qırmızı vərəqə aldıq və bu da böyük təsir etdi. Qırmızı vərəqə olmsayadı, biz də qələbə qazana bilərdik. Heç-heçə də ola bilərdi. Qırmızı vərəqə böyük təsir etdi oyuna. Ümumi götürsək, yaxşı təsir bağışladıq.

- Millinin üzvü Hüseyn Seyliğli Gürcüstanla oyunda taktiki cəhətdən səhv oynadığımızı açıq-aşkar söylədi. Paltardəyişmə otağında futbolçular Milan Obradoviçə etiraz edib, fikir ayrılığı yaşayıb. Nə baş vermişdi?
- Məşqçi nə tapşırıq verməlidirsə, meydanda onu etməliyik. Paltardəyişmə otağında məşqçiylə söhbətləri kənara çıxara bilmərəm, ailə sirləridir. Bəzi söhbətlər olub, amma biz baş məşqçinin dediklərini etməliyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right