Bəhlul Mustafazadə: "Vaxt keçdikcə üzərimizdə təzyiq yaranırdı"

Azərbaycan Premyer Liqasında IV turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzan "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə oyundan sonra müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi öncə oyunu şərh edib:
 
- Bu gün istəmədiyimiz nəticə oldu. Çalışırdıq ki, bu matçda qalib gələk. Üç xal istəyirdik, çünki qələbəmiz yox idi, ancaq belə alındı. Nə deyəcəyimi bilmirəm. Çalışacağıq ki, uğursuz seriyaya son qoyaq və gələn oyun mütləq qalib gələk. Futboldur, belə alındı. Qısa müddətdə toparlanıb, qələbə qazanmalıyıq.
 
- “Qəbələ”yə məğlubiyyətinizin əsas səbəbi nə oldu?
- Fikrimcə, ilk hissədəki epizodlarımızdan yararlansaydıq, rahatlaşardıq. Qol vurmadıqca özümüzü stresə saldıq. Mütləq qələbə qazanmaq istəyirdik. Qol vura bilmirdik, vaxt keçirdi və üzərimizdə təzyiq yaranırdı.
 
- Yetirmən olduğun kluba qarşı oynamaq sənin üçün xüsusi önəm daşıyırdı?
- Xüsusi bir şey yox idi, adi çempionat oyunu oldu. Əlimdən gələni etdim ki, komandama kömək edim.
 
- Oyundan sonra baş məşqçi futbolçularla söhbət etdi. Sizə irad bildirdi?
- Əlbəttə. Bu vəziyyətə özümüz düşmüşük və bunu düzəltməliyik. Ümid edirəm ki, qısa zamanda düzəldə biləcəyik.
 
- Məşhur türkiyəli agent Muzzi Özcan səninlə İngiltərə klublarının maraqlandığını bildirib. Belə bir məlumatın var?
- Mənim xəbərim yoxdur və kimsə nəsə deməyib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right