"Bu, Geryenin "Qarabağ"a qarşı kin saxladığını göstərir"

Haitinin “Haiti Tempo” nəşri “Neftçi”nin yeni transferi Vild-Donald Geryedən yazıb.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı futbolçunun "Qarabağ"dan "Neftçi"yə keçidini sabiq komandasına kin saxlaması ilə əlaqələndirilib:

"Geryenin klubsuz qalmaq təhlükəsi olsa da, o, “Neftçi”yə keçdi. Bu transfer Azərbaycanda çox söz-söhbətə səbəb oldu. Geryenin "Qarabağ"ın əsas rəqibi olan "Neftçi" ilə müqavilə imzalaması, onun sabiq klubuna qarşı hələ də kin saxladığını göstərdi. Ona görə də futbolçu nəyə qadir olduğunu meydanda göstərməyə çalışacaq".

Haiti millisinin üzvü 2017-2019-cu illərdə “Qarabağ”da çıxış edib. O, "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right