Nicat Qurbanovlu "Samtredia"dan çətin qələbə

Gürcüstanın I Divizionunda 25-ci tura start verilib.

 

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtredia" səfərdə "Qaqra"nı çətinliklə məğlub edib. Komanda qələbə qolunu 90+6-cı dəqiqədə vurub.

 

"Samtredia"da aparıcı simaya çevrilən Nicat Qurbanov oyuna start heyətdə başlayıb və 72-ci dəqiqədə əvəzlənib. Yayda komandaya qoşulan Nicat üç qol vurub, iki məhsuldar ötürmə edib.

 

"Samtredia" 25 turdan sonra 53 xalla ikincidir və lider "Merani"dən 8 xal geri qalır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right