"Azərbaycanla oyunda çox şans gözləyirdim" Yosip Brekalo

"Baş məşqçinin seçiminə hörmətlə yanaşıram. Amma yenə də şansımı gözləyəcəm". Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının hücumçusu Yosip Brekalo deyib.

"Volfsburq"un forvardı ölkəsinin mətbuatına açıqlamasında AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə keçirilən səfər oyununu dəyərləndirib. Qarşılaşmanın son 14 dəqiqəsini meydanda olan 21 yaşlı futbolçu az şans əldə etməsinə üzülür.

O, eyni zamanda qeydə alınan 1:1 hesabına görə də sevinmədiyini söyləyib: "Əlbəttə ki, Azərbaycanla oyunda daha çox meydanda olacağıma inanırdım, şans gözləyirdim. Ancaq bundan da önəmlisi nəticədi. Təəssüf ki, qələbə qazana bilmədik. Buna baxmayaraq, gələcəyə nikbin baxmaq və irəliləmək lazımdı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right