Baş məşqçi müraciət etdi - AFFA mükafatın məbləğini artırdı

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Slovakiya üzərində qələbəyə görə əvvəlcədən nəzərdə tutulduğu kimi 3000 manat yox, daha çox mükafat alacaq.

Newsport.az-ın məlumatına görə, bu, baş məşqçi Milan Obradoviçin AFFA-ya müraciətindən sonra reallaşıb.

Serbiyalı mütəxəssisin istəyi ilə məbləğ artırılıb. Sözügedən qələbə müqabilində yığma üzvləri 5000 manat mükafat alacaq.

U-21 sentyabrın 6-da keçirilən matçda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. Seçmə mərhələdə növbəti oyununu dünən Gürcüstana qaşrı keçirən yığma bu dəfə uduzub - 0:3.

"FutbolPress"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right