Milli komandamızın meneceri “Dinamo” – "Atalanta" görüşündə

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev növbəti beynəlxalq oyuna təyinat alıb. Newsport.az xəbər verir ki, o, qadınlar arasında Avropa çempionatının seçmə mərhələsi zamanı iş başında olacaq.

Belə ki, Xudiyev oktyabrın 8-də Şimkent şəhərində keçiriləcək Qazaxıstan - Fransa oyununun hakim-inspektoru kimi fəaliyyət göstərəcək.

Həmçinin A milli komandanın meneceri və AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov da UEFA tərəfindən təyinat alıb. O, UEFA Gənclər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 18-də Zaqarebdəki Hitrec-Kacijan stadionunda keçiriləcək  “Dinamo” (Zaqreb, Xorvatiya) – "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right