Aleks Morqandan Ronaldo ilə bağlı şok sözlər: "Gizlətdiyi çox məqam var"

ABŞ-ın qadınlardan ibarət millisinin ulduzu Aleks Morqan "Sports Illustraded"ə açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 30 yaşlı hücumçu Portuqaliya millisinin və "Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo barədə də danışıb. O, 2009-cu ildə Las Veqasda Ketrin Mayorqa adlı xanıma təcavüz etməkdə günahlandırılan Ronaldo ilə bağlı bunları söyləyib: 

 

"Bu gün qadınların dediklərinə qulaq asmaq önəmlidir. Hər kəs bu olayda kimin haqlı olduğunu bilmək istəyir. Məncə, Ronaldonun danışdıqlarına baxsaq, gizlətdiyi çox məqam var. Bu gün pul çox şeyi ört-basdır edir. Demirəm ki, Ronaldo dünyanın ən yaxşı futbolçusu deyil. Bunun futbolla əlaqəsi yoxdur. İdman üçün bacardıqları fərqlidir, xarakteri ilə etdiyi tam fərqli".

 

Ronaldo və Morqan FIFA-nın "The Best" mükafatına namizəddir. Morqan sentyabrın 23-ü Milanda Ronaldo ilə görüşməyin adi bir şey olduğunu sözlərinə əlavə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right