"Zirə"nin futbolçuları Afrikada üz-üzə gəldi

“Zirə"nin iki futbolçusu ölkəsinin milli komandasında üz-üzə gəlib.

Newsport.az xəbər verir ki,  Malavi yığmasında çıxış edən Robin Nqalande ilə Botsvana millisinin üzvü Mfo Kqasvane yığmalarında qarşılaşıblar.

DÇ-2022-nin seçmə mərhələsinin cavab oyunda Malavi 1:0 qalib gələrək növbəti mərhələyə yüksəlib. Botsvana isə mübarizəni erkən dayandırıb.

Nqalande qarşılaşmanın 68-ci dəqiqəsində meydana daxil olub. Kqasvane isə start heyətdə meydana çıxıb və 10-cu dəqiqədə əvəzlənib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah