"Trabzonspor"un skautları Mahir Emrelini bəyənib

Avro-2020-nin seçmə mərhələsində millimizin Xorvatiya ilə oyununu izləyənlər arasında “Trabzonspor”un skautları da olub.

Newsport.az “Fotospor”a istinadən xəbər verir ki, Türkiyə klubunun nümayəndələri "Bakcell Arena"da keçirilən görüşdə (1:1) yığmamızın və "Qarabağ"ın hücumçusu Mahir Emrelini bəyəniblər.

Xəbərdə  ki, “Trabzonspor”un skautları gələcəyə yatırım məqsədi ilə baş məşqçi Ünal Karamanın təlimatına əsasən oyunçu axtardığı bildirilib.

Xatırladaq ki,  Türkiyə mətbuatında daha əvvəl də “Trabzonspor”un Mahir Emreli ilə maraqlandığı yazıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right