Barişiç Bakıda gözləmədikləri nəticəylə üzləşdiklərini açıqladı: "Azərbaycan millisinin yaxşı oynaması bizim səhv idi"

"Düşünürəm ki, oyuna yaxşı başladıq. Yararlana bilmədiyimiz bir neçə qol şansımız oldu". Newsport.az xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin futbolçusu Borna Barişiç Azərbaycan yığması ilə heç-heçə etdikləri (1:1) AVRO-2020-nin seçmə oyunundan sonra söyləyib.

27 yaşlı sol müdafiəçisi milimizin yaxşı oynadığını deyib: "Belə olması bizim səhv idi. Onlar bu qolu vura bildilər. Görüş əslində, Macarıstanla oyuna bənzəyir. İki qarşılaşmada 4 xal itirdik. Bu, gözlədiyimiz nəticə deyil. Xüsusən də, Slovakiyaya qarşı qələbə qazandığımız (4:0) oyundan sonra. Ancaq irəli baxıb, Macarıstanla növbəti matçı düşünməliyik. Bu oyunun ikinci hissəsində yaxşı deyildik. Meydanda əsəbilik var idi".   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right