“Azərbaycanla oyundan sonra əsəbiləşmişdim”

“İstəyirəm ki, çox qol vuraq. Daha sürətli olub rəqiblər üzərində dominantlıq edək”. Newsport.az xəbər verir ki, bu sözləri yoldaşlıq görüşündə Belarus üzərində 1:0 hesablı qələbə qazanan Uels millisin baş məşqçisi Rayan Qiqqz deyib.

AÇ-2020-nin seçmə mərhələsində millimizin rəqibi olan britaniyalıların çalışdırıcısı komandasının oyunundan razı qaldığını bildirib. Qiqqz 6 sentyabrda Azərbaycana 2:1 qalib gəldikləri matçdan sonra əsəbiləşdiyini dilə gətirib: “Azərbaycanla oyundan sonra çox əsəbiləşmişdim. Çünki elə bir qrupdayıq ki, hər kəs final mərhələsinə edə bilər. Qarşıda Slovakiya və Xorvatiya ilə çətin oyunlarımız var”.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right