Emil Balayev millidə debütü barədə: "Şansdan maksimum istifadə etməyə çalışdım"

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin üzvü Emil Balayev oyun barədə danışıb.

Newsport.az-ın məlumatına görəyığmada debüt edən 25 yaşlı qolkiper buna görə xoşbəxt olduğunu deyib:

"Yalnız pozitiv hisslər keçirirəm. Sevindirici haldır ki, qrupda ilk xalımızı qazandıq. Bundan öncə buna nail ola bilmirdik. Bu dəfə mənə şans verildi və bundan maksimum istifadə etməyə çalışdım. Hər bir komanda yoldaşıma təşəkkür edirəm ki, sona qədər vuruşdu. Meydanda çox gərgin mübarizə getdi. Azarkeşlərə gözəl atmosfer üçün təşəkkür edirik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right