"Biz "Qarabağ"la oyunda daha artığını etmək istəyirdik"

“Linfild”in futbolçusu Nayal Kuinn Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la  keçirilən oyunları xatırlayıb.

Newsport.az xəbər verir ki, 26 yaşlı müdafiəçi mübarizəni dayandırmalarına baxmayaraq, Ağdam klubuna qarşı baxımlı oyun sərgilədiklərini qeyd edib:

“Biz hər iki oyunda yüksək xarakter ortaya qoyduq, çoxlu cəhdlər etdik. Qrup mərhələsində oynamaq olduqca yaxşı olardı.

Təəssüf ki, bunu etmək üçün lazımi keyfiyyətlərimiz yox idi. Bununla belə, hər iki matç komanda yoldaşlarım üçün yaxşı bir sınaq oldu".

Kuinn etiraf edib ki, "Qarabağ"la matçlar növbəti illərdə Avropa Liqasının oyunlarında onlar üçün böyük təcrübə olacaq: “Bakıdakı matçda ilk 5-6 dəqiqə bizim üçün xaotik keçdi.

Düşünürəm ki, hərdən planlarımızı tətbiq edə bilirdik. Matçın sonu yaxınlaşdıqca biz daha artığını etmək istəyirdik. Bir neçə şans əldə etdik, amma bu o qədər də uğurlu olmadı.

İkinci qol bizi tamamilə “sındırdı”. Bununla belə düşünürəm ki, komandamız Avropanın nəhəng komandaları ilə oynamaq üçün yaxşı keyfiyyətə malikdir".

"Qarabağ" "Linfild"i iki oyunun nəticəsinə görə (2:3, 2:1) üstələyərək qrup mərhələsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right