Yığmamızın oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Gürcüstan yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatı açıqlanıb.

Newsport.az-ın məlumatına görə, sentyabrın 10-da “Dalğa Arena”da təşkil olunacaq qarşılaşma lüksemburqlu hakimlərə tapşırılıb. Baş hakim Loran Koprivaya Klod Ris və David Matyö Santos yan xətt, Aleks Krüger dördüncü hakim qismində yardımçı olacaqlar.

Qeyd edək ki, görüş saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right