UEFA millimizin oyununun hakimini dəyişdi

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya oyununa hakim təyinatında dəyişiklik edilib.

 

Newsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Sladan Yosipoviçin səhhətində problem yarandığı üçün yan xətt hakimi funksiyasını Aleyn Heyniqer yerinə yetirəcək.

 

Azərbaycan - Xorvatiya

Baş hakim: Sandro Şarer
Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Aleyn Heyniqer
Dördüncü hakim: Fedayi San (Hakimlər briqadası İsveçrədəndir)

 

Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sabah keçiriləcək və saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right