Azərbaycan Avropanın ən zəif səkkiz komandasından biridir

AÇ-2020-nin seçmə mərhələsində beşinci turun oyunları başa çatıb.

Newsport.az-ın məlumatına görə, E qrupunda qərarlaşan Azərbaycan millisi dördüncü oyununda Uelsin qonağı oldu və 1:2 hesabı ilə uduzdu. Xal üzünə həsrət qalan Azərbaycan yığması seçmə mərhələdə ən pis göstəricələrə malik olan səkkiz komandadan biridir.

Azərbaycanla yanaşı, San Marino, Cəbəllütariq, Estoniya, Farer adaları, Latviya, Lixtenşteyn və Andorra da xal qazanmayıb.

Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda 4 qol vurub, qapısından 12 top buraxıb.

Azərbaycan yığmasının növbəti oyunu Xorvatiyaya qarşı olacaq.

 

Estoniya - 2:14

Cəbəllütariq - 0:12

Azərbaycan - 4:12

Farer adaları - 3:16

Latviya - 1:19

Andorra - 0:11

San Marino - 0:24

Lixtenşteyn - 0:18.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right