Millimiz Çexiyanı darmadağın etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Fiqueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində bu gün növbəti matçını keçirib.

Newsport.az-ın məlumatına görə, millimiz Çexiya yığması ilə qarşılaşıb.  6:1 hesabı ilə qələbə qazanan millimizin qollarını Ramil Əliyev (2), Sabir Allahquliyev (2), Amid Nəzərov və Əbdül Əliyev vurublar.
 
Komandamız A divizionunda qalmaq uğrunda keçiriləcək oyunda sabah Qazaxıstan yığması ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right