“Eurosport” millimizin oyunçusunu ələ saldı

“Eurosport” telekanalının saytı (rus versiyası) milli komandamızın müdafiəçisi Pavel Paşayevi ələ salıb.

Newsport.az-ın məlumatına görə, buna onun dünən “Avro-2020”nin Uelsə qarşı səfər matçında (1:2) öz qapısına vurduğu qol səbəb olub. Qarşılaşma haqdakı xəbərdə belə bir cümlə işlədilib: "Azərbaycanlı müdafiəçi elə avtoqol vurub ki, yemək yeyəndə gülməkdən boğula bilərsiniz".

Xatırladaq ki, Uelsin oyunçusu Qaret Beylin 26-cı dəqiqədə zərbəsindən sonra top Pavel Paşayevə dəyərək qapıya daxil olub.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right