Nikola Yurçeviçin mətbuat konfransı keçiriləcək

AÇ-2020-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan - Xorvatiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç sentyabrın 8-i saat 19:45-də media mənsublarının qarşısına çıxacaq.

 
Azərbaycan – Xorvatiya: Mətbuat konfransları və açıq məşqlər
8 sentyabr

 

Azərbaycan milli komandası
Saat 19:45. Mətbuat konfransı
Saat 20:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Xorvatiya milli komandası
Saat 18:30. Mətbuat konfransı
Saat 19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi “Bakcell Arena”da təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right