Səlahət Ağayev: "Belə oynasaq, Xorvatiyadan xal ala bilərik"

"Oyuna yaxşı başlamışdıq. Heç nədən 2 qol buraxdıq. Bir xal qazanmağa çox yaxın idik".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyunundan sonra deyib.

Onun sözlərinə görə, Azərbaycan millisinin bəxti gətirməyib: "Uels kimi komandaya qarşı yaxşı oynadıq. Bir xal qazanmaq üçün bəxtimiz gətirmədi. Buradan yaxşı nəticə qazanacağımıza inanırdıq. Amma alınmadı".

Ağayev Pavel Paşayevin avtoqolla hesabı açdığı epizodu belə şərh edib: "Məni eşitmədi, top özümə gəlirdi. O, heç topu görmədi. Tutmağa çıxırdım, top ona dəyib qapıdan keçdi. İkinci qolda çıxmasaydım, daha yaxşı olardımı? Rəqib futbolçu qapıya çox yaxın idi. Çıxmasam da, təhlükə olardı. Komandaya kömək etmək üçün irəli çıxdım. Həmin epizodda mənə qarşı qayda pozuntusu var".

Ağayev sentyabrın 11-də Xorvatiya millisi ilə keçiriləcək oyuna da münasibət bildirib: "Müsbət nəticəyə ümid edirik. Mümkünsüz heç nə yoxdur. Yaxşı oynayıb xal qazana bilərik. Bu gün yaxşı çıxış etdik. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik". (Report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right