Qriqorçuk Azərbaycana qayıdır?

2014/2018-ci illərdə "Qəbələ"nin baş məşqçisi olmuş Roman Qriqorçuk "Astan"dan ayrılmaq üzrədir.

 

Newsport.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, ukraynalı şəxsi işlərinə görə müqavilə pozmağa hazırlaşır.

 

Yerli mətbuat onun yenidən Azərbaycana qayıdacağını yazır. Paytaxt klubu isə artıq ukraynalı məşqçiyə əvəzləyici tapıb.

 

Qazaxlar şəxsi işlərinə görə uzun müddət "Astana"dan kənar qalan Qriqorçukun əvəzinə Vladimir Vayssla danışıqlara başlayıblar. 54 yaşlı slovakiyalı mütəxəssis Qazaxıstana qayıtmağa razılıq verib.

 

Vayss 2013/2015-ci illərdə bu ölkədə "Kayrat"ın baş məqşçisi olub. Qriqorçuk "Astana"ya 2018-ci ilin yayından başçılıq edir. Komanda onun rəhbərliyi altında cari mövsüm Avropa Liqasının qrup mərhləsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right