"Neftçi” "Qarabağ"la oyunun hazırlığına başladı

Milli komandaların iştirakı ilə bağlı çempionatda yaranmış fasilədən istifadə edən "Neftçi”də istirahət başa çatıb. Newsport.az xəbər verir ki, paytaxt klubu məşqləri bərpa edib.

Premyer Liqanın III turunda "Sumqayıt” üzərində qələbədən (2:1) sonra üç günlük fasiləyə buraxılan "ağ-qaralar" dünən "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Soni Mustivar, həmçinin yığmaların düşərgəsində olan futbolçular iştirak etməyiblər. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək IV turun "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah