"Qəbələ" paytaxtda yığışdı, 4 futbolçu məşqə qatılmadı

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığını davam etdirir.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının III turunun avqustun 31-də keçirilən “Keşlə” ilə ev oyunundan sonra 3 günlük istirahətə buraxılan komanda bir araya gəlib. Paytaxtda toplaşan “qırmızı-qaralar” hazırlığa Bakı Olimpiya Stadionunda start verib. Futbolçular ilk gündə fiziki çalışmalarla kifayətləniblər.

Dünən səhər məşqini Biləcəri Futbol Mərkəzində gerçəkləşdirən “Qəbələ” axşam hazırlığını Bakı Olimpiya Stadionunda keçirib. Komanda üzvləri toplu və topsuz çalışmaları icra ediblər. Baş məşqçi vəzifəsini icra edən Elmar Baxşıyevin rəhbərliyi altında keçən məşqdə milli komandaların heyətində olan futbolçular – Amin Seydiyev, İdris İnqilablı, Rövlan Muradov və Klesio Bauk iştirak etməyiblər.

Bu gün keçiriləcək növbəti məşq də Bakı Olimpiya Stadionunda olacaq. Baxşıyevin yetirmələri sentyabrın 7-də “Sumqayıt”la yoxlama oyununda qüvvəsini sınayacaq. Matç Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək. Görüş saat 18:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right