Haiti mətbuatı Geryeni ələ saldı

Vild-Donald Geryenin "Neftçi"yə keçidi Haiti mətbuatının gündəmini zəbt edib. Newsport.az saytı xəbər verir ki, sol cinah müdafiəçisinin "Qarabağ"dan ayrılmasına baxmayaraq, Azərbaycana qayıtması ölkəsinin KİV-nin onu lağa qoymasına səbəb olub.

Həmkarlarımız digər haitili Soni Nordenin "Zirə"yə keçidi zamanı Geryenin ona ünvanladığı mesajı xatırladıblar. O, transfer vaxtı Norde haqda edilən paylaşıma "Qardaş, bu sənin səviyyəndə deyil" rəyini yazmışdı.

Haitililər bu fikirlərdən sonra 30 yaşlı müdafiəçinin Azərbaycana qayıtmasını başa düşə bilmirlər: "Gerye Soni Mustivarın yanında yenidən inkişaf etməyə çalışacaq. Ancaq onun Nordeyə ismarıcı yaddan çıxmayıb. Donald Soniyə "bura sənin səviyyəndə deyil" yazmışdı, ancaq özü yenidən bu ölkədə çıxış etmək qərarına gəldi. Zaman sürətlə keçir və fikirlər də istənilən vaxt dəyişir".

Qeyd edək ki, Vild-Donald Gerye "Neftçi" ilə 1+1 illik müqavilə imzalayıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah