“Azərbaycanla matçda büdrəmək haqqımız yoxdur” Qaret Beyl

Avropa Çempionatının seçmə qrup mərhələsində sabah milli komandamızı qəbul edəcək Uels yığmasının kapitanı Qaret Beyl oyunöncəsi mətbuat konfransı keçirib.

Newsport.az sport24.az-a istinadən xəbər verir ki, cinah hücumçusu dərhal suallara keçməyi xahiş edib.

-    Oyuna hazırsınızmı?
-    Fiziki baxımdan çox yaxşı vəziyyətdəyəm. Sabahkı matçı səbirsizliklə gözləyirəm. Əvvəlki matçlarda ideal formada deyildim. Zədə üzündən 5 həftə buraxmaq özünü büruzə verirdi. Sabahkı görüşdə baş məşqçi etimad göstərsə, var gücümlə mübarizə aparacam.

-     Bəzən kəskin tənqidə məruz qalırsınız. Bu, sizə necə təsir edir?
-    Belə şeylərə fikir vermirəm. Çünki əksər hallarda məsələnin mahiyyətindən xəbərsiz olan insanlar tərəfindən tənqid olunuram.

-    Qrupdakı vəziyyət barədə nə deyə bilərsiniz?
-    Biz də anlayırıq ki, vəziyyət kritikdi. Yaydakı 2 məğlubiyyət işimizi xeyli çətinləşdirib. Azərbaycanla oyunda büdrəmək haqqımız yoxdu.

-    Gənc futbolçulara hansı məsləhətləri vermisiniz?
-    Heç kimə heç bir məsləhət verməmişəm. Ehtiyac duysalar, məni necə tapmalı olduğunu yaxşı bilirlər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right