"Azərbaycan stressli və aqressiv ola bilər"

"Bizi Azərbaycana qarşı çox çətin oyun gözləyir". Newsport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Slovakiya yığmasının yarımmüdafiəçisi Peter Kolesar deyib.

Slovakiyalılar Avropa çempionatının seçmə mərhələsinə Bakıda start götürəcəklər. Komanda sabah qrupda ilk oyununu azərbaycanlı həmyaşıdlarına qarşı keçirəcək.

Qarşılaşma ilə bağlı fikirlərini bildirən Kolesar uzun yolçuluqdan şikayətlənib: "Uçmağı xoşlayıram, amma qısa məsafəyə. Azərbaycana isə bizi uzun yolçuluq gözləyir. Səyahət etmək barədə düşünmürəm, matçı səbirsizliklə gözləyirəm. Düşünürəm ki, ağır oyun olacaq. Rəqib stressli və aqressiv ola, sürətli hücumlar qura bilər. Seçmə mərhələyə uğurlu start götürəcəyimizə inanıram".

Qeyd edək ki, “Dalğa Arena”da keçiriləcək oyun saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right