"Şeydayevin potensialının aşağı olduğunu düşünmürəm" "Dinamo"nun idman direktoru

Moskva "Dinamo"sunun idman direktoru Roman Oreşuk "sport.24.ru"ya  geniş müsahibə verib.

Newsport.az-ın məlumatına görə, o, müsahibə zamanı bu yay transfer etdikləri millimizin hücumçusu Ramil Şeydayev haqda da danışıb. Klub rəsmisi 23 yaşlı futbolçuya inandıqlarını bildirib:

"Şeydayevin potensialının aşağı olduğunu düşünmürəm. Sevinirəm ki, Lutsenko və Markov qolları ilə fərqlənirlər. Şeydayevə isə sadəcə birinci qolu vurmaq lazımdır. O da bunu edəcək. Özünün buna görə necə narahat olduğunu görürəm. Biz Ramilə inanırıq, o, "Dinamo" üçün qollar vuracaq. Bunun vaxtı var. Təlaş keçirmək yox, nəfəs almaq və düşünmək lazımdır. Hazırkı düşüncəsindən qurtulmalıdır. Hədəflərin özü gələcək".

Qeyd edək ki, R.Şeydayev Rusiya Premyer Liqasında oynadığı ilk 6 turda qol vura bilməyib. O, son iki matçda ehtiyatda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right