“Qarabağ”ın rəqibində yeni məşqçi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan APOEL klubunda məşqçi təyinatı gerçəkləşib.

Newsport.az xəbər verir ki, “Çelsi”nin sabiq futbolçusu Nunu Moraiş baş məşqçi Tomas Dollun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alacaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moraişlə 2 illik müqavilə imzalanıb.

Moraiş 2004-2007-ci illər aralığında “Çelsi”də çıxış edib. 2007-ci ildən APOEL-in şərəfini qoruyan müdafiəçi bu yay karyerasını bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right