Azərbaycanlı futbolçular 1-ci divizion təmsilçilərinə qarşı

Futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin püşkü atılıb.

Newsport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Dinamo” klubunun da rəqibi məlum olub. Moskva təmsilçisi bu mərhələdə Rusiyanın 1-ci divizionunda mübarizə aparan “Luç” komandası ilə qarşılaşacaq.

Paytaxtın digər təmsilçisi, Ayaz Quliyevin formasını geyindiyi “Spartak” “Kamaz”la mübarizə aparacaq. Azər Əliyev və Turqay Möhbalıyevin komandası - “Ufa” isə “Çayka” ilə düşüb.

Birinci Divizionda mübarizə aparan, azərbaycanlı hücumçu Kamran Əliyevin çıxış etdiyi “Ximki” isə Premyer Liqa təmsilçisi ilə mübarizə aparmalı olacaq.

1/16 final mərhələsinin oyunları 25-26 sentyabrda keçiriləcək. “Ximki” evdə, “Spartak”, “Dinamo” və “Ufa” isə səfərdə oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right