Samir Məsimov Rusiya klubunda

"Keşlə"dən ayrılan Samir Məsimov Rusiyaya qayıdıb.

 

Newsport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi Rusiya Peşəkar Futbol Liqasının qərb zonasında mübarizə aparan "Olimp" klubuna transfer olub. Ximki təmsilçisi Azərbaycanın U-21 millisinin sabiq üzvü ilə bir illik müqavilə bağlayıb.

 

"Olimp" klubunda Azərbaycan millisinin sabiq üzvü Abdulla Abatsiyev də çıxış edir.

 

Samir Məsimov Azərbaycanda "Neftçi", AZAL və "Keşlə"də oynayıb. O, daha öncə Rusiyanın "Fakel" klubunda çıxış edib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right