AFFA Ayaz Quliyevə Azərbaycan millisində oynamağı təklif edib

Moskva "Spartak"ında çıxış edən Azərbaycan əsilli futbolçu Ayaz Quliyevlə bağlı Rusiya mətbuatında məqalə dərc olunub.

 

Newsport.az xəbər verir ki, yazıda AFFA-nın 22 yaşlı futbolçuya Azərbaycan yığmasında oynaması üçün vətəndaşlıq təklif etdiyi qeyd edilib. Məqalədə Quliyevin ilk seçiminin Rusiya millisi olduğu vurğulanıb. O, "Spartak"dakı çıxışı ilə buna ümid edir.

 

Yazıda "Zenit"in yetirməsi, hazırda "Dinamo" (Moskva) klubunda çıxış edən Ramil Şeydayevin Azərbaycan millisinin üzvü olduğu qeyd edilib. 

 

Bundan əlavə, Türkmənistan əsilli müdafiəçi Cəmaləddin Xocaniyazov da Azərbaycan millisində oynamaq üçün AFFA-ya müraciət edib. 23 yaşlı futbolçunun Ramil Şeydayev və Ayaz Quliyevlə Rusiyanın U-21 millisində birgə çıxış etdiyi xatırlanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right