"Azərbaycanla oyun çox vacibdi" - xorvatiyalı qapıçı

"Hazırlığımız çox yaxşı gedir. Millidə atmosfer əladı".

Newsport.az saytının məlumatına görə, bunu Xorvatiya yığmasının qapıçısı Dominik Livakoviç deyib.

Son dünya çempionatının finalçıları AVRO-2020-in seçmə mərhələsində bu ay Slovakiya və Azərbaycan yığmasının qonağı olacaq. Livakoviç yerli mətbuata açıqlamasında komandasının son durumunu dəyərləndirib.

24 yaşlı qolkiper qələbədən başqa yollarının olmadığını söyləyib: "Slovakiya və Azərbaycanla oyunlar bizim üçün çox vacibdi. Digər matçlar kimi. Avropa çempionatının final mərhələsinə vəsiqə verən yerlərə yüksəlmək üçün bu iki matçda 6 xal toplamalıyıq. Slovakiyada Marek Hamşik kimi təhlükəli futbolçu var. Həmçinin hücumçuları da güclüdü".

Qeyd edək ki, Xorvatiya sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right