Millimizin üzvü İngiltərə Liqa Kubokunda qələbəyə sevindi

Futbol üzrə İngiltərə Liqa Kubokunda qrup mərhələsinə start verilib.

Newsport.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” də ilk matçına çıxıb.

Sözügedən kollektiv qrup mərhələsinin ilk turunda səfərdə “Northempton”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Taşdemir də bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

“Piterboro Yunayted”in yer aldığı H qrupunda London “Arsenal”ının U-21 komandası ilə “Kembric Yunayted” də qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right