“Qəbələ” APOEL-ə rəqib oldu

Bu gün UEFA Gənclər Liqasında ilk 2 mərhələnin püşkü atılıb.

Newsport.az  xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qəbələ"nin U-19 komandasının rəqibi bəlli olub.

“Qırmızı-qaralar” püşkatmada “Saraqosa” (İspaniya), APOEL (Kipr), “Korona” (Polşa), “Şerif” (Moldova), “Şkendiya” (Albaniya), MTK (Macarıstan) və “Jrinski” (Bosniya və Herseqovina) ilə birgə 1-ci səbətdə yer alıb.

Komandanın rəqibi isə Kiprin APOEL klubu olub. İlk qarşılaşma Qəbələdə keçiriləcək.

Çempionlar Yolunda I mərhələnin oyunları 2 - 23 oktyabrda, II raundun görüşləri isə 6 - 27 noyabrda olacaq. “Qəbələ” Gənclər Liqasında üçüncü dəfə çıxış edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right