Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşdi

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Uels - Azərbaycan görüşünün hakimləri müəyyənləşib. Newsport.az saytının məlumatına görə, UEFA qarşlaşmanı Maltadan olan briqadaya həvalə edib.

Qarşılaşmanı Trustin Farrucia Kann idarə edəcək. Ona Alan Kamilyeri və Luk Portelli kömək edəcək. Matçın 4-cü hakimi funksiyasını Alan Mario Sant yerinə yetirəcək.

Finlandiyalı hakim-inspektor Jouni Hyytia hakimlərin işinə qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Kristian Velander (İsveç) olacaq.

Qeyd edək ki, Uels - Azərbaycan matçı sentyabrın 6-da Kardiffdə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right