“Qarabağ”a məğlub olmaqdansa..."

“Sevilya” əlbəttə ki, əla komandadır. Belə rəqiblə qarşılaşmağa ehtiyacımız var. Qurpdakı digər iki komandaya gəlincə, başqa rəqiblər olsaydı, daha yaxşı olardı”. Newsport.az xəbər verir ki,  bu sözləri “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan Lüksemburqun “Düdelanj” klubunun üzvü Dominik Stolz deyib.
 
Almaniyalı yarımmüdafiəçi ölkəsinin mətbuatına müsahibəsində qrupun aşkar autsayderi olduqlarını etiraf edib: “2016-cı ildə Çempionlar Liqasının təsnifat mərhələsində “Qarabağ”a qarşı oynamışıq. Bir il sonra isə APOEL-lə qarşılaşdıq. Hər iki rəqibə uduzduq və Çempionlar Liqası ilə vidalaşdıq. Buna görə də püşkdə bizə başqa rəqiblərin düşməsi daha yaxşı olardı. Bəzi adamlar bizim qrupda uğrulu çıxış edəcəyimizi düşünür. Məncə, bu, şişirdilir. APOEL-in “Ayaks”a qarşı necə mübarizə apardığını, “Qarabağ”ın necə hücumlar qurduğunu gördük. Bunu çoxları bilmir”.
 
Stolz qeyd edib ki, “Mançester Yunayted”lə bir qrupa düşsələr, daha yaxşı olardı. O, böyük klublarla görüşdə nəticənin əhəmiyyətli olmadığını bildirib: “Qarabağ” və APOEL-ə 0:2 hesabı ilə uduza bilərik. Ancaq mən “Mançester Yunayted”lə qarşılaşmanı daha üstün tuturam. Hətta 4-5 qolla uduzsaq belə. Heç olmasa həyatımda ilk dəfə “Arzular teatırında” (“Old Trafford) oynayardım”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right