"Qəbələ"ni çalışdırmağı kim istəməz?!" - Ramin Quliyev

"Qəbələ"nin əvəzedici komandasının sabiq baş məşqçisi Ramin Quliyev əyalət təmsilçisini çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az-ın məlumatına görə, gənc mütəxəssis məlumatı təkzib edib. O, hələ ki, belə bir məsələnin olmadığını söyləyib:

"İnanın ki, yayılan xəbərlər söz-söhbətdir. Hələ ki, belə bir şey yoxdur. "Qəbələ"ni çalışdırmağı kim istəməz? Sadəcə, mənə heç bir təklif gəlməyib və danışıq aparmamışam. Bu gün üçün heç nə yoxdur. Sabah, iki gündən sonra necə olacaq, bunu heç kim bilməz".

Qeyd edək ki, Quliyev son olaraq U-17 yığmamızı çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right