"Zirə"nin futbolçusu üçün əlamətdar oyun

Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin futbolçusu Soni Norde üçün ilklə əlamətdar olub.

Newsport.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 30 yaşlı hücumçu “Qartallar”ın heyətində birinci qoluna imza atıb. Haitili legionerin qol hesabını açması “Sabah”la oyuna (1:1) təsadüf edib.
“Zirə”də cari mövsümdə debüt edən Norde buna 3-cü matçında nail olub.

Soni klubun tarixinə Premyer Liqada qol vuran 36-cı futbolçu kimi düşüb. Haitiliyə qədər buna 35 oyunçu gerçəkləşdirib. Soni cari mövsümdə bu siyahıya düşən ikinci futbolçudur. Ötən turun “Neftçi” ilə qarşılaşmasında (1:0) Cavid Hüseynov ilk dəfə “Zirə” formasında fərqlənmişdi. Hər iki oyunçu ev matçında qol hesabını açıb.

“Zirə”nin bütün turnirlərdə keçirdiyi oyunları nəzərə almaqla Norde klub tarixində qol müəllifi olan 59-cu futbolçudur. Ona qədər Premyer Liqa, I divizion və UEFA Avropa Liqasında ümumilikdə 58 oyunçu rəqib qapısına yol tapmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right