Millimizin heyətində dəyişiklik

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Newsport.az xəbər verir ki, “Sabah”ın futbolçusu Murad Bağırov heyətdən kənarda qalıb.

Buna səbəb oyunçunun zədəli olmasıdı. Onun əvəzinə heyətə “Qəbələ”nin üzvü Təbriz İsazadə dəvət olunub. Komandamız sentyabrın 4-dən 8-dək Maltanın Valletta şəhərində təlim-məşq toplanışında olacaq.

Qeyd edək ki, yığmamız hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right