Xorvatiya millisində növbəti itki: Kovaçiç də yığmadan uzaqlaşdırıldı

AVRO-2020-nin seçmə mərhələsində bu ay Slovakiya və Azərbaycanla qarşılaşacaq Xorvatiya yığması daha bir itki ilə üzləşib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, İvan Rakitiçdən sonra Matteo Kovaçiç də millidən kənarlaşdırılıb.

Buna səbəb oyunçunun zədədən əziyyət çəkməsidi. Klubu "Çelsi"dən zədəli vəziyyətdə "damalılar"a qoşulan yarımmüdafiəçi tibbi müayinədən keçib. Nəticədə vəziyyət ciddi olduğundan, məşqçilər korpusu onu heyətdən çıxarmalı olub. Kovaçiçin əvəzinə "Hayduk"un yarımmüdafiəçisi Miyo Caktaş dəvət alıb.

Qeyd edək ki, xorvatlar sentyabrın 6-da Slovakiya, 9-da isə Azərbaycan millisinin qonağı olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right