Nəbiyevdən 180 dəqiqəyə 2 qol

Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” Çexiyanın gənclər liqasında növbəti oyunlarını keçirib.

Newsport.az xəbər verir ki, sözügedən komanda 3-cü tur çərçivəsində səfərdə “Jiskra” ilə qarşılaşıb və 3:4 hesabıyla məğlub olub. Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının iki qolunu da Nəbiyev vurub. U-21 yığmamızın üzvü 7 və 31-ci dəqiqələrdə rəqib qapısına yol tapıb.

“Slaviya”nın gənclərdən ibarət komandası 4-cü tur çərçivəsində doğma meydanda “Kraluv Dvur”la üz-üzə gəlib. Komandasının 0:1 hesabıyla uduzduğu oyunda Fərid də 90 dəqiqə meydanda olub.

“Slaviya”nın U-21 komandası 4 turdan sonra 6 xalla 16 iştirakçı arasında 7-cidi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right