Eltun Turabov “Skenderbeu” üzərində qələbəyə sevindi

Futbol üzrə Albaniya çempionatında 3-cü turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eltun Turabovun formasını geyindiyi “Biliş” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Skenderbeu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Eltun da bu görüşün iştirakçısı olub. Start heyətində meydana çıxan Turabov sonadək mübarizə aparıb.

İlk qələbəsini qazanan “Biliş” 3 turdan sonra 4 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, Albaniya klubu Turabovu bu yay "Sabah"dan icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right