“Qarabağ”ın futbolçusu Çiçaritonu aldı

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Sevilya" heyətinə yeni futbolçu cəlb edib.
 
Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, La Liqa təmsilçisi "Vest Hem"in hücumçusu  Xavyer Hernandesin (Çiçarito) keçidini həll edib. Meksika millisinin üzvü artıq Sevilyadadır. Bu transfer üçün ispanların qarşı tərəfə 9 milyon avro ödəyəcəyi bildirilir.
 
Qeyd edək ki, 31 yaşlı forvard karyerası ərzində "Mançester Yunayted" və "Real"da oynayıb.
 
Xatırladaq ki, “Qarabağ”ın qrup mərhələsində ilk oyunu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı olacaq.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right